Azərbaycan Beynəlxalq Bankı Bankı - Azərbaycan Beynəlxalq Bankı Filialları

Azərbaycan Beynəlxalq Bankı Bankı

Azərbaycan Beynəlxalq Bankı

Tam adı: "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti
Qısa adı: "ABB" ASC
Azərbaycan Beynəlxalq Bankı 10 yanvar 1992-ci ildə yaranıb.

1990 SSRİ Xarici İqtisadi Bankının Azərbaycan şöbəsi kimi yaradılmışdır.
1992 Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1992-ci il tarixli 545 nömrəli Fərmanı ilə səhmlərinin nəzarət paketi dövlətə məxsus olan səhmdar bankına çevrilmişdir.

Bank, 1992-ci il dekabrın 30-da bank fəaliyyətinin həyata keçirilməsi üçün Azərbaycan Milli Bankının Baş lisenziyasını alır.
1993 Bank Bakı Banklararası Valyuta Birjasının həmtəsisçisi və tam hüquqlu üzvü olur.
1994 Bank Europay Intenational və Reuters beynəlxalq ödəniş sistemlərinin tam hüquqlu üzvü olur.

Fitch IBCA beynəxalq reytinq agentliyi Banka «B» reytinqi verir.
1995 Bank SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiyaları Cəmiyyəti) üzvü olur.
1996 Bank əhalinin bütün təbəqələrinə, həm fiziki, həm də hüquqi şəxslərə maksimum mümkün olan klassik və müasir xidmətlər dəstinin təklif edilməsini nəzərdə tutan «Universal Bank» strategiyasını qəbul edir.

Bank AzəriKard prossesinq şirkətinin həmtəsisçisi olur və plastik kartlara xidmət etməyə başlayır.
1997 Bank Europay/MasterCard International beynəlxalq ödəniş sisteminin plastik kartlarının buraxılışına başlayır.

Bank VISA International beynəlxalq ödəniş sisteminin tam hüquqlu üzvü olur. Moskvada, MDB-nin maliyyə mərkəzində Bankın nümayəndəliyi açılır. Bank özünün bankomatlar şəbəkəsinin yaradılmasına başlayır.
1998 Bank Bakı Fond Birjasının tam hüquqlu üzvü və həmtəsisçisi olur.
2001 Azərbaycanın bank sistemi tarixində ilk dəfə olaraq, Bank «Raiffeizenbank» başda olmaqla Avstriya banklar konsorsiumundan 6 il müddətinə sindikatlaşdırılmış kredit alır.
2002 Fitch IBCA beynəlxalq reytinq agentliyi Banka «B+positive» reytinqi verir.

Bank nizamnamə fondunun həcminə görə ölkənin sığorta bazarında ən iri şirkət olan «Beynəlxalq Sığorta Şirkəti»-nin təsisçisi və yeganə sahibi olur (nizamnamə fondunun həcmi 5 milyon ABŞ dolları təşkil edir). Bank Rusiya Federasiyasının Moskva şəhərində nizamnamə fondu 10 milyon Avro olan «Azərbaycan Beynəlxalq Bankı - Moskva» törəmə strukturunu təsis edir. Bu, Azərbaycan bankının ölkənin hüdudlarından kənarda fəal işləyən törəmə strukturu yaratdığı ilk haldır. Londonda, Böyük Britaniyada, Bankın nümayəndəliyi açılır.
2003 Ölkə bazarında tutduğu mövqelərini nəzərə alaraq, Bank Ümummilli İnkişaf Bankı strategiyasını qəbul edir.

İnternet Banking xidmətinin tətbiqinə başlanmışdır «ABB-Moskva» MMC-nin Sankt-Peterburq şəhərində filialının açılışı olmuşdur. ABB «AzəriKard» prosessinq şirkətinn 100%-li səhmdarı olmuşdur. ABB-nin 90-mininci plastik kartı buraxılmışdır.
Müştərilərin sayı: 65 449 hüquqi şəxs, 767 918 fiziki şəxs (01 aprel 2009-cu il tarixə)

Daha ətraflı məlumat almaq üçün bankın rəsmi internet saytı: http://www.ibar.az




Gəncə, İmişli, Bakı, Zaqatala, Yevlax, Qusar, Naxçıvan, Biləsuvar, Xaçmaz, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sumqayıt, Astara, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Sədərək, Ağsu, Balakən, Beyləqan, Bərdə, Cəlilabad, Daşkəsən, Dəvəçi, Füzuli, Goranboy, Göygöl, Göyçay, Gədəbəy, Hacıqabul, Kürdəmir, Kəngərli, Laçın, Lerik, Lənkəran, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qobustan, Quba, Qəbələ, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Tovuz, Tərtər, Ucar, Xızı, Yardımlı, Zərdab, İsmayıllı, Şamaxı, Şirvan, Şəki, Şəmkir, Xırdalan, Masallı,